HASANLY

HASANLY İdman 29-05-2025, 12:49

İspaniya klublarının avrokuboklardakı hegemonluğu başa çatdı

İspaniya klublarının avrokuboklardakı hegemonluğu başa çatdı

İspaniya klubları altı ildən sonra Avropa kuboklarında mövsümü titulsuz başa vurublar.

Loading.Az xəbər verir ki, pireneylilər bu aqibətlə sonuncu dəfə 2019-cu ildə üzləşiblər.

2018/2019 mövsümünü mükafatsız başa vuran ispanlar bundan sonra hər il ən azı bir titul qazanıblar. 2020-ci və 2023-cü illərdə "Sevilya", 2021-ci ildə isə "Vilyarreal" Avropa Liqasının qalibi olub. 2022-ci və 2024-cü illərdə isə "Real" Çempionlar Liqasında baş mükafata sahib olub.

Qeyd edək ki, "Real Betis" Konfrans Liqasının finalında "Çelsi"yə 1:4 hesabı ilə uduzub. İki gün sonra keçiriləcək Çempionlar Liqasının finalında da İspaniya təmsilçisi olmayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
210 169 155 177 161 154

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.