HASANLY

HASANLY İdman 29-05-2025, 14:29

Nüfuzlu mükafata namizədlərin siyahısında beş türk futbolçunun adı var

Nüfuzlu mükafata namizədlərin siyahısında beş türk futbolçunun adı var

2025-ci il "Golden Boy" mükafatına 100 namizədin siyahısı rəsmən açıqlanıb.

Loading.Az xəbər verir ki, Lamin Yamal mükafatı daha əvvəl qazandığı üçün simvolik olaraq siyahıya daxil edilib.

İkinci yerdə qərarlaşan Pau Kubarsi qalib gəlmək üçün ən böyük favorit kimi görünür.

Lamin Yamal, Pau Kubarsi, Desire Doue, Mayles Levis Skelli, Uarren Zaire-Emeri, Din Huiysen, Kenan Yıldız, Erhan Nuaneri, Geovani Quenda, Jorrel Hato siyahının ilk "10-luğ"unda yer alıb.

Siyahıda Kenan Yıldızdan başqa daha dörd türk futbolçunun adı yer alıb.

"Real Madrid"də çıxış edən Arda Gülər ​​13-cü pillədə qərarlaşıb. "Kasımpaşa"dan "Aston Villa"ya keçəcək Yasin Özcan isə 79-cu yeri tutub.

"Fənərbağça"nın gənc müdafiəçisi Yusuf Akçiçek 91-ci pillədə, "Beşiktaş"ın gənc hücumçusu Semih Kılıçsoy isə 94-cü yerdədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
199 177 181 159 170 132

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.