ice berg

ice berg Programlar 29-05-2025, 16:00

WhatsApp-dan yenilik - Ailədə "söz-söhbət" yaradacaq funksiya əlavə olundu

WhatsApp-dan yenilik - Ailədə "söz-söhbət" yaradacaq funksiya əlavə olundu

"WhatsApp" fərdi mesajları kilidləmək funksiyasını istifadəyə verib.

 

Loading.aZ xəbər verir ki, "WhatsApp" istifadəçilərə istədikləri fərdi və ya qrup söhbətlərini ayrıca kilidləmək imkanı yaradan yeni funksiyanı istifadəyə verib.

 

"Chat Lock" (Söhbət Kilidi) adlanan bu funksiya sayəsində istifadəçilər müəyyən söhbətləri əsas siyahıdan gizlədərək yalnız biometrik təsdiqlə (barmaq izi və ya Face ID) daxil ola biləcəklər. Kilid qoyulmuş söhbətlər ayrıca "Kilidli söhbətlər" bölməsində yerləşir və həmin bölməyə daxil olmaq üçün istifadəçi kimliyinin təsdiqlənməsi tələb olunur.

 

Kilid tətbiq olunan söhbətlərə gələn bildirişlərdə mesajın məzmunu göstərilmir. Bu funksiya həm Android, həm də iPhone cihazlarında aktivdir və şəxsi məlumatların qorunmasını gücləndirməyi hədəfləyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
231 210 212 221 260 234

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.