ice berg

ice berg İdman 30-05-2025, 14:00

Bundesliqanın ən yaxşı müdafiəçilərindən biri "Bavariya"da

Bundesliqanın ən yaxşı müdafiəçilərindən biri "Bavariya"da

Müdafiəçi Conatan Ta "Bayer"dən azad agent kimi "Bavariya"ya keçib. 

 

Loading.aZ xarici KİV-ə istinadla bildirir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

 

Ta "Bavariya" ilə 30 iyun 2029-cu il iyunun 30-na qədər müqavilə imzalayıb. Almaniya mətbuatının yazdığına görə, Tanın Münhendəki maaşı mövsümə 14 milyon avro olacaq.


Ta “Hamburq”un yetirməsidir. 2015-ci ildə Conatan “Bayer”ə keçib və o vaxtdan bəri Leverkuzen klubunda bütün yarışlarda 402 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə edib. 2023/24 mövsümündə Ta “Bayer” tarixində ilk dəfə Bundesliqanı qazanan komandanın üzvü idi. Üstəlik, Xabi Alonsonun komandası həmin mövsümü məğlubiyyətsiz keçirib. 

 

Transfermarkt portalının məlumatına görə, alman müdafiəçinin qiyməti 30 milyon avrodur. Ötən mövsümün sonunda “Bavariya” Almaniya çempionu olub, “Bayer” isə mövsümü ikinci yerdə başa vurub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
158 172 210 145 177 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.