ice berg

ice berg İdman 30-05-2025, 22:00

"Real Madrid" "Liverpul"un ulduzunu transfer etdi

"Real Madrid" "Liverpul"un ulduzunu transfer etdi

"Liverpul"dan ayrılacağını açıqlayan sağ cinah müdafiəçisi Trent Alexander-Arnold "Real Madrid"in futbolçusu olub.

 

Loading.aZ xəbər verir ki, 26 yaşlı ingilis futbolçu "qaymaqlılar"la 2031-ci il iyunun 30-dək müqavilə imzalayıb.

 

Trentin Madrid klubundakı ilk oyunu iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək 2025-ci il Klublararası Dünya Çempionatında olacaq.


Alexander-Arnold “Liverpul”un yetirməsidir. O, 2016-cı ildən mersisaydlıların əsas komandasında çıxış edir. 2018/19 mövsümündə Çempionlar Liqasının qalibi və iki dəfə Premyer Liqa çempionu (2019/20, 2024/25) daxil olmaqla 9 kubok qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 167 234 183 150 184

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.