ice berg

ice berg İdman 31-05-2025, 09:00

“Barselona”nın sabiq məşqçisi bu klubdan QOVULDU

“Barselona”nın sabiq məşqçisi bu klubdan QOVULDU


İspaniyalı mütəxəssis Robert Moreno bir il yarım işlədikdən sonra Rusiyanın “Soçi” futbol klubunun baş məşqçisi vəzifəsindən azad edilib.

 

Loading.aZ xəbər verir ki, Moreno 2023-cü ilin dekabrında “Soçi”nin baş məşqçisi təyin edilib. 

 

İspan mütəxəssis klubu Premyer Liqadan aşağı düşməkdən xilas edə bilməyib və komanda 2024/25 mövsümünü ölkənin ikinci güclü divizionu olan Birinci Liqada keçirib.


“Soçi” turniri beşinci pillədə başa vurub və üçüncü yeri tutan “Çornomorets”in lisenziyadan məhrum edilməsi sayəsində RPL-ə qayıtmaq hüququ üçün pley-offa vəsiqə qazanıb.

 

Qeyd edək ki, Moreno “Soçi”yə təyin olunmazdan əvvəl “Roma”, “Barselona”, “Selta” və İspaniya millisində baş məşqçinin köməkçisi kimi çalışıb. O, həm də “Qranada” və “Monako”nun baş məşqçisi olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
158 197 144 153 192 186

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.