ice berg

ice berg Maraqlı 2-06-2025, 10:00

Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?

Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?

Müasir dövrdə bank kartları gündəlik maliyyə əməliyyatlarımızın ayrılmaz hissəsinə çevrilib. Mağazada alış-verişdən tutmuş, onlayn ödənişlərə qədər bir çox sahədə istifadə etdiyimiz bu kartların üzərində olan 16 rəqəm əksər hallarda diqqətdən yayınır. Lakin bu rəqəmlər sadəcə təsadüfi şəkildə seçilmir. Bu rəqəmlərin hər biri müəyyən məna daşıyır və kartın təhlükəsizliyi, bank tərəfindən tanınması, eləcə də əməliyyatların düzgün aparılması üçün mühüm rol oynayır.

 

Loading.aZ valyuta.az-a istinadən bank kartlarındakı 16 rəqəm haqqında məlumatları təqdim edir.

 

Debet və ya kredit kartlarında olan 16 rəqəm təsadüfi seçilmir. Onların hər birinin öz mənası və funksiyası var. Bu 16 rəqəm ingilis dilində Əsas Hesab (Nömrəsi Primary Account Number) adlanır və aşağıdakı hissələrə bölünür:

 

Bank İdentifikasiya Nömrəsi / Emitent İdentifikasiya Nömrəsi (BIN / IIN) – ilk 6 rəqəm

 

Bu rəqəmlər kartı verən bankı və ya maliyyə təşkilatını təyin edir. Məsələn, “VISA” kartları adətən 4 ilə, “MasterCard”lar 5 ilə başlayır. Qalan 5 rəqəm həmin bank və ya təşkilatın spesifik kodunu göstərir.

 

Hesab nömrəsi – növbəti 9, yəni 7-15-ci rəqəmlər arası

 

Bu hissə kart sahibinin fərdi hesab nömrəsidir. Bu nömrə vasitəsilə bank müştəriləri bir-birindən ayırır.

 

Yoxlama rəqəmi (Check Digit) – 16-cı rəqəm

 

Bu rəqəm Luhn alqoritmi ilə hesablanır və kart nömrəsinin doğru daxil olunub-olunmadığını yoxlamaq üçün istifadə olunur. Yəni bu, təhlükəsizlik məqsədilə əlavə olunur.

 

Bəzi kartlar 15 (American Express) və ya 19 rəqəmdən də ibarət ola bilər.

 

Bu 16 rəqəm təhlükəsizlik baxımından mühümdür və heç vaxt başqaları ilə paylaşılmamalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
169 153 178 142 173 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.