*İspanaq yeməyi (qovurması) resepti:*
*Tərkibi:*
*500 qram təzə ispanaq*🥬
*1 ədəd soğan*🧅
*2 xörək qaşığı duru yağ (zeytun yağı da olar)*🧈
*1 diş sarımsaq (istəyə görə)*🧄
*Duz*🧂
*Qara istiot*
*Qırmızı pul bibər (istəyə görə)🌶️*
*Hazırlanması:*
*İspanaqları yuyun – Təmizləyib yaxşıca yuyun və doğrayın.*
*Soğanı doğrayın və yağda qovurun.*
*Əgər sarımsaq istifadə edirsinizsə, soğana əlavə edib bir az daha qovurun.*
*Doğranmış ispanaqları tavaya əlavə edin.*
*Orta odda ispanaqlar suyunu buraxıb çəkənədək bişirin.*
*Duz, istiot və digər ədviyyatları əlavə edib qarışdırın.*
*İstəyə görə üstünə qatıqla da servis edə bilərsiniz.*🥛🍽️







