AzizA

AzizA Hekayələr 6-06-2025, 17:30

Ata və Oğul

Ata və Oğul

ATA VƏ OĞUL

Məktəb vaxtlarında anasını itirən gənc atası ilə birlikdə yaşayırdı. Atası ilə aralarında çox gözəl dostluq var idi. Gənc oğlan məktəbin futbol komandasında idi. Komandada idi amma, Təcrübəsiz olduğu üçün müəllim ona oyunlarda iştrak etməyə icazə vermirdi. Buna görə həmişə gözləmə yerində oturardı. Bununla belə atası heç bir oyunu qaçırmazdı və hər zaman onu dəstəkləyərdi. Litseyə başlayanda yenə sinifin ən zəif uşağı idi. Amma atası həmişə onu futbol oynamağını təklif edərdi amma istəirsənsə oynamaya da bilərsən, deyərdi. Oğlan futbolu sevirdi və komandada qalmağa qərar verdi. Hər idmanda əlindən gələni edər, sinifin yaxşı oyunçusu olmağa çalışardı. Amma tez-tez gözləmə yerində oturmaqdan canını qutara bilməzdi. Inadkar ata isə həmişəki kimi oturar və oğluna dəstək olardı. Gənc universitetə başlayanda futbol onun üçün dəyərini itirməyə başaladı, amma yenə də əlindən gələni edirdi... Hər kəs onun komandaya daxil olmayacağına əmin olsa da O bunu bacardı. Komandanın məşqçisi onu siyahıya daxil etdiyini, çünki hər idmana ürəyini qoyduğunu və komandanın digər üzvlərini də həvəsləndirdiyini etiraf etdi. Komandaya girməyi onu o qədər sevindirdi və həyəcanlandırdı ki, ən yaxın telefon poçtuna getdi və atasına müjdəni verdi. Onun bu bacarığına sevinən ata sevincini paylaşdı və ona oyunların aylıq biletlərini göndərməsini istədi. Universitetdə 4 il boyunca heç bir məşqi buraxmayan gənc, çox təəssüf ki heç bir oyunda oynaya bilmədi. Futbol ayının sonlarında, böyük bir oyun üçün stadiona çıxacaq gəncin yanına əlində teleqrafla məşqçisi gəldi. Oğlan teleqrafı oxuyanda ölüm səssizliyinə büründü. Güclə məşqçiyə bunları deyə bildi:” Bu səhər atam ölüb... icazənizlə bu gün oyuna gəlməsəm...” Müəllim şəvqətlə onun boynuna sarıldı və :”Bu həftə dincəl övlad!” dedi. “Və cümə günündəki oyuna da gəlməyi ağlına da gətirmə!” Cümə günü gəldi çatdı, amma komandanın vəziyyəti heç yaxşı deyildi. Oyunun sonuna yaxın, sakitcə kimsə soyunma otağına girdi və formasını dəyişib stadionun kənarına çıxdı. Atası ölən gənc idi bu! Məşqçi və oyunçular bu əzmkar komanda yoldaşının bu qədər qısa müddətdə təkrar aralarında görəndə son dərəcə təəcübləndilər... Müəllimin yanına gedən gənc: ” Xahiş edirəm icazə verin oynayım!” dedi. “Bu gün mütləq oynamalıyam!” Müəllim əvvəl onu eşitməmiş kimi davrandı. Belə çətin bir anda komandanın ən pis oyunçusunu oyuna almaq imkansızdır deyə düşünürdü. Amma gənc o qədər israr etdi ki, müəllim razı oldu. “Yaxşı, oynaya bilərsən!” dedi. Gəncin oyuna girməsindən çox az vaxt keçmişdi ki, həm müəllim həm də , oyunçular gördüklərinə inanmadılar. Daha öncə heç oynamamış gəncin hər hərəkəti mükəmməl, atdığı hər pas dəqiq idi. Rəqib komandanın oyunçuları onu saxlaya bilmirdilər. Qaçır, pas verir, hücuma keçir və oyunun ulduzu kimi parlayırdı. Sonunda gəncin komandası aradakı fərqi bağladılar. Atılan qollarla bərabərliyi əldə etdilər. Və son saniyələrdə gənc topu tək başına aparıb hər kəsi keçdi və qalibiyyət qolunu atdı. Oyun bitmişdi... Oyunun tərəfdarlarının sevinc qışqırıqları ətrafı bürüdü, dostları gənci çiyinlərində aparırdılar. Tamaşaçılar stadionu tərk etdikdən, oyunçular paltarlarını dəyişib, soyunma otağından çıxdıqdan sonra, komandanın müəllimi gəncin təkcə bir küncdə oturduğunu gördü. Yanına gedib :”Övlad! İnana bilmirəm, Bu gün mükəmməl idin!” “Sənə nə oldu, bunu necə elədin de mənə” dedi. Müəllimə baxan gəncin gözləri dolu-dolu bunları dedi. “atamın öldüyünü bilrsiniz. Yaxşı bəs onun gözlərinin görmədiyini də bilirdiniz?” Gənc güclə udqundu və gülümsəməyə çalışdı. “Atam bütün oyunlara gəldi. Çünki görmədiyi halda belə, məni dəstəkləmək istəyirdi. Və ilk dəfə bu gün məni görə bilirdi... Mən bu fürsəti qaçırmamaq və oynaya bildiyimi ona göstərmək istədim...!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
245 236 236 250 225 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.