Balaca qızın quşları
BALACA QIZIN QUŞLARI
Balaca qızın atası İspaniyanın ən ağır siyasi cəzalar verildiyi bir qazamatda məhkum idi. Balaca qız anası ilə birlikdə hər həftə sonunda fürsət olan kimi, atasını ziyarət etmək üçün oraya gedirdilər. Yenə bir gün ziyarətə gedərkən, atası üçün çəkdiyi şəkili də özü ilə apardı. Amma həbsxananın qaydalarına görə, azadlıq rəmzi olan hər bir şeyi içəri keçirmək qadağan idi. Ona görə də oranın işçiləri qızın çəkdiyi quş şəkilini içəri keçirməyə qoymadılar və elə orda da cırıb atdılar. Balaca qız çox kədərlənmişdi... Atasına bunu anlatdığı zaman, atası “Darıxma qızım, yenə çəkərsən!” demişdi. “Amma bu dəfə çəkdiklərinə diqqət et, yaxşı?” Başqa bir gün, balaca qız yenə bir şəkil çəkib apardı. Balaca qız bu dəfə quş şəkilinin yerinə üzərində balaca meyvəyə oxşar şeylər olan bir ağac çəkmişdi. Atası sevinə-sevinə şəkilə baxaraq “Nə gözəl bir ağacdı bu!” dedi. “Üzərindəkilər nədir, portağal?” deyə soruşdu. Balaca qız atasının qulağına yavaşca belə dedi: “Onlar ağacın içində gizlənən quşun gözləridir!”







