ice berg

ice berg Yumor 8-06-2025, 20:00

Gülməcələr "2"

Gülməcələr "2"

Hövsələsiz 

Biri yanındakı dostunu ətrafındakılara tərifləyir, axırda deyir:

— Onun müsbət cəhətləri olduqca çoxdur, yeganə nöqsanı hövsələsiz olmağı və tez özündən çıxmağıdır.

Dostu bunu eşidib əsəbi halda ona hücum edir və deyir:

— Əcəb qəribə adamsan, nə danışdığını bilirsən? Sən nə vaxt görmüsən ki, mən tez özümdən çıxım?

Qulaq asanlardan biri dedi:

— O, bəlkə, görməyib. Biz ki gördük..

Şirinbalanın cavabı 

Həyat bilgisi dərsində müəllim Şirinbaladan soruşdu:

— Yer planetinə Ay yaxındır, yoxsa Günəş?

Şirinbala bir neçə saniyə gözünü döyəndən sonra dedi:

— Əlbəttə, Günəş.

— Bunu necə izah edə bilərsən?

— Çox asan. Günəşin istisi bizi yandırır, Ayınkı isə yox.

Yaxşı yuxu

- Ata, gəlmişəm səninlə yatam!

- Tək yatmaqdan qorxursan?

- Yox, yaxşı yuxular görürdüm, istədim ki, sən də görəsən.

- Nə görürdün?

- Görürdüm, mənə velosiped almısan.

Kəsilən quyruq 

Səfərə çıxacaqları gün sübh tezdən Sultan Bayqara Əlişir Nəvai ilə məzələnmək, ona sataşmaq fikrinə düşür. Bu məqsədlə kimsəni duyuq salmadan vəzirin atının saxlanıldığı tövləyə girir və zavallı heyvanın dodaqlarını kəsir. Həmin vaxt Nəvai oyaq olduğu üçün hənirti eşidir və məsələnin nə yerdə olduğunu öyrənir. O da əlüstü gedib, sultanın atının quyruğunu üzür.

Bundan xəbərsiz olan sultan Bayqara səfər vaxtı dönüb, kinayə ilə Nəvaidən soruşur:

— Atın niyə belə durmadan dişlərini ağardır?

Nəvai söz altda qalmır:

— Məncə, o, mindiyiniz atın kəsilən quyruğuna gülür!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
244 272 240 273 231 242

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.