ice berg

ice berg Gözəllik 7-06-2025, 09:00

İşgüzar xanımlar üçün yay makiyajı

İşgüzar xanımlar üçün yay makiyajı

Hər gün az ya da çox makiyaj etmək məcburiyyətində qalan iş qadınları üçün yay makiyajının iki ayrı əhəmiyyəti var:

Birincisi dəri sağlamlığını qorumaq, ikincisi də təbii olmaq.

 

Bunun üçün altı addımlı bir makiyaj müddətindən keçəcəyik.

 

Dərinizi hər səhər və hər axşam təmizləyin.

Yatmadan əvvəl təmizləyici köpük-tonik və gecə kremindən istifadə etməyə laqeyd yanaşmayın.

Səhərlər üzünüzü yuduqdan sonra daha yüngül bir sakitləşdirici ya da canlandırıcı tonik istifadə edin.

20 dəqiqə sonra günəş qoruyucu bir kremdən istifadə edin.

 

Daha təbii və yüngül bir tonal krem tətbiqi üçün yüngülcə nəmləndirilmiş bir makiyaj süngəri istifadə edin.

Çox az bir miqdar tonal kremlə möcüzə bir təsir tutmuş olacaqsınız.

Bürünc görünüşdən xoşunuz gəlirsə, üzərində bürünc pudradan da istifadə edə bilərsiniz

 

Ən əhəmiyyətli nöqtəyə gəldik:

 

Göz makiyajı

Ofisdə, məktəbdə, xəstəxanada vs. iş yerləri üçün dumanlı bir göz makiyajı uyğun olmaz, elə deyilmi?

Nude, mis ya da ağ tonlarını seçin.

Qara «dipliner» və yüngül bir xətt halında ya da qara göz qələmi istifadə edin.

 

Allığı qətiliklə unutmayın.

Krem allıq istifadə edirsinizsə, içinə bir miqdar bürüncləşdirici krem əlavə edə bilərsiniz.

Bu səhərlər daha sağlam və baxımlı görünmənizi təmin edər.

 

Tünd pomadalar iş yerinə görə deyil

IPump.org şirkətlər qrupunun «CEO»i Lahle Wolfe iş görüşməsinə gələn qadınlarda əvvəl buna baxdığını söyləyir.

«Mən də ofisə gedərkən makiyaj edirəm, lakin bir iş qadını kimi…

Səhərlər sadə bir parladıcı ya da dəri rəngi pomada kafi olacaq.»

 

Makiyaj çantanızı yanınınıza almağı unutmayın

Bir qadın hər an, hər şeyə hazırlıqlı olmalıdır!

İş çıxışı bir yerə dəvət edildiyinizdə, təlaş və həyəcana gərək qalmayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
204 207 242 168 182 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.