Onu yarımçıq qoymaq nə ürəyinə, nə də vicdanına sığmamalıdır
“Bəzən ona ən gözəl sözü demək üçün minlərlə kitab oxumaq ehtiyacı duyar san. Amma sadə bir cümlə yetər içini anlatmağa. Sözlər ürəkdən, kəlmələr isə cəsarətli olduqdan sonra hər cümlə gözəl olar...
Bəzən, onun üçün necə darıxdığını elə izah etmək istərsən ki, içindəki həsrətin izahından inciməsin. Amma ona bir sarılmaq yetər ki, izahlar gərəksiz qalar...
Bəzən də ona qəlbini söküb, göstərmək istərsən, içində sən varsan deyə. Amma sahiblənmək, onu qəlbin adlı evindən yurdsuz qoymamaq yetər ona səndəki dəyərini anlatmağa. Sadəcə güvən ver, inandığın kimi sev və onu yarımçıq qoymaq nə ürəyinə, nə də vicdanına sığmamalıdır”🤍







