AzizA

AzizA Maraqlı 9-06-2025, 14:30

Astronomlar Böyük Partlayışdan sonrakı ən güclü partlayışları aşkarladılar

Astronomlar Böyük Partlayışdan sonrakı ən güclü partlayışları aşkarladılar

Avropa Kosmik Agentliyinin “Gaia” kosmik teleskopu Böyük Partlayışdan bəri qeydə alınan ən güclü partlayışlardan bəzilərini təsadüfən müşahidə edib. Bu partlayışlar uzaq qalaktikaların mərkəzlərində qeydə alınan və “ifrat nüvə keçidləri” adlandırılan hadisələrdir. Onların parlaqlığı, klassik pozulma hadisələrindən (TDE) təxminən 10 dəfə çoxdur və illərlə davam edir.

“Gaia16aaw” və “Gaia18cdj” adlı iki hadisə 2016 və 2018-ci illərdə “Gaia" teleskopu tərəfindən qeydə alınıb. Hər bir İNK hadisəsi 100 Günəşin ömrü boyu buraxacağı enerjiyə bərabərdir. Bu hadisələr Günəşdən ən azı üç dəfə böyük ulduzların, superkütləvi qara dəliklər tərəfindən parçalanması nəticəsində baş verir. Fövqəlnova partlayışlarından dəfələrlə güclüdürlər. Məlum İNK hadisələri adi TDE-lərin miqyasından kənara çıxır. Bu partlayışlar uzaq qalaktikalardakı superkütləvi qara dəliklərin necə böyüdüyünü anlamaqda mühüm rol oynayır. Onlar parlaq olması səbəbilə kosmik məsafələrdə müşahidə edilə bilər.

Araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc edilib. Alimlər bu fenomeni kainatın təkamülü və qara dəliklərin formalaşması ilə bağlı yeni nəzəriyyələrin qurulmasında açar element hesab edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
162 160 144 181 194 145

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.