AzizA

AzizA Maraqlı 9-06-2025, 16:30

Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir

Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir

Türkiyədə arxeoloqlar qədim Qordion şəhərində eramızdan əvvəl 8-ci əsrə aid kral türbəsi aşkar edərək böyük kəşf ediblər. Tapıntı "qızıl toxunuş" mifi ilə tanınan əfsanəvi kral Midasın qohumuna aid ola bilər.

Bu barədə yerli “Anadolu Ajansı” (AA) qəzeti məlumat yayıb.

Ankaranın cənub-qərbində yerləşən Qordion Frigiya Krallığının paytaxtı idi (e.ə. 1200-675).

Yeni kurqanın hündürlüyü səkkiz metr, diametri 60 metrdir. Ölçüləri 3,1x2,8 metr olan taxta qəbir kamerasının içərisində tədqiqatçılar bir zadəganın yandırılmış qalıqları və onlarla nadir artefakt, o cümlədən tunc qazanlar, küplər və digər əşyalar aşkar ediblər.

Alimlərin xüsusi marağına səbəb kremasiya faktı idi - bu, Qordionda eramızdan əvvəl 8-ci əsrə aid yeganə nümunədir.

Arxeoloq Yücel Şenyurt deyib ki, dəfn adətləri burada qeyri-adi bir adamın dəfn edildiyini açıq şəkildə göstərir.

Alimlər ehtimal edirlər ki, dəfn kral Qordi ailəsinin üzvü və ya Midasın özünə aid ola bilər.

Pensilvaniya Universitetinin arxeoloqu Brayan Rouz, "Midas kurqanının yaxınlığı mümkün əlaqəni göstərir" deyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
158 215 186 183 182 151

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.