HASANLY

HASANLY İdman 11-06-2025, 13:12

Ançelotti Braziliya millisinin oyunundan razı qalıb

Ançelotti Braziliya millisinin oyunundan razı qalıb

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti seçmə mərhələsinin 16-cı turunun Paraqvaya qarşı oyunundan (1:0) sonra DÇ-2026-ya vəsiqə qazanmalarından danışıb.

Loading.Az xəbər verir ki, bu barədə "Globo" məlumat verib.

"İlk hissədə yaxşı oyun keçirdik. Oyuna yaxşı nəzarət etdik, hər dəfə zərbə endirə bilməsək belə. İkinci hissədə oyun bir az zəiflədi, amma ümumilikdə, yaxşı koordinasiyalı komanda oyunu nümayiş etdirdik və bu, ümidvericidir. Çox çalışmaq lazımdır, çünki 2026-cı il dünya çempionatına cəmi bir il qalıb. Azarkeşlər razı qaldılar və dəstəklərinə görə onlara təşəkkür etmək istəyirəm. Hamımız xoşbəxtik, amma indi gələcəyi düşünməliyik", - deyə Ançelotti bildirib.

Qeyd edək ki, Braziliya 25 xalla KONMEBOL sıralamasında üçüncüdür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
188 201 171 169 203 178

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.