ice berg

ice berg Mətbəx 13-06-2025, 12:00

Nanəli şokoladlı peçenye resepti

Nanəli şokoladlı peçenye resepti

Tərkibi:

150 qr. tünd şokolad;

45 qr. kərə yağı;

240 qr. buğda unu;

45 qr. kakao tozu;

1 çay qaşığı qabartma tozu;

2 çimdik duz;

180 qr. şəkər tozu;

2 ədəd yumurta;

80 qr. şəkər kirşanı;

10 nanə budağı

Hazırlanması:

İlk növbədə şokoladı dərin qabda üstü bağlı şəkildə əridin. Şokolad əridilən zaman üstünə kərə yağı ələvə edin və qarışdırın. Əriyəndən sonra isə bir az soyudun. 10-15 budaq təzə nanəni yaxşıca yuyun və salfetlə qurudun. Nanənin yarpaqlarını budaqdan ayırıb istifadə edin. 100 qr. şəkər tozu və nanəni blenderdə əzin. Ayrı qaba ələkdən keçirdiyiniz unu töküb kakao, duz, qabartma tozu, artıq qalan şəkəri ələvə edin və qarışdırın. Dərin qabda yumurtaları çalıb şokolada ələvə edin və yaxşıca qarışdırın. Nanə qarışımını şokolada ələvə edin, üstünə isə az-az un töküb qarışdırın. Qarışım artıq yavaş-yavaş xəmir konsistensiyasına çevriləcək. Xəmir hazır olandan sonra qida plyonkası ilə üstünü örtüb 60 dəqiqə soyuduca saxlayın. Soyuducudan çıxarandan sonra xəmiri doğrayın və yumrulayın, şəkər kirşanına batırın. Axırda isə 180 dərəcəlik sobada 20-30 dəqiqə bişirin

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
195 210 192 157 184 188

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.