Android 16 istifadəyə verildi - Bu cihazlarda işləyəcək
“Apple” şirkəti iOS 26-nı elan etdikdən cəmi iki gün sonra “Google” də rəsmi olaraq rəqib əməliyyat sistemi Android 16-nı təqdim etdi.
Yeniləmə eşitmə cihazı istifadəçiləri üçün təkmilləşdirmələr, real vaxt bildirişləri və planşetlərdə məhsuldarlığı artıracaq iş masası rejimi ilə gəlir.
Bununla belə, şirkətin gözlənilən əsas dizayn dəyişikliyi olan "Material 3 Expressive" bu yeniləmədə deyil, 3 sentyabr 2025-ci il üçün planlaşdırılan başqa versiyada təqdim olunacaq.
Android 16-nın beta versiyası “Google Pixel” cihazlarına gəlib. Həmin cihazlar aşağıdakılardır:
Pixel 8/8 Pro
Pixel 7/7 Pro / 7a
Pixel 6 / 6 Pro / 6a
Pixel Fold
Pixel Planşet
Samsung və “Xiaomi” kimi digər markalar üçün istifadəçilər stabil versiya çıxanda telefonlarının Parametrlər > Proqram təminatının yenilənməsi bölməsindən yeniləməni yoxlaya biləcəklər.







