AzizA

AzizA Maraqlı 14-06-2025, 09:30

Yeməkdən əvvəl onun qoxusunun alınması toxluq hissi yaradır

Yeməkdən əvvəl onun qoxusunun alınması toxluq hissi yaradır

Alimlər müəyyən ediblər ki, yeməkdən əvvəl onun qoxusunun alınması toxluq hissi yarada və bu, həddindən artıq yeməyin qarşısını almağa kömək edə bilər. Bu, siçanların qida qoxularına reaksiya verdikləri zaman beyin skanının nəticələrini tədqiq edən alman tədqiqatçılarının gəldiyi nəticədir.

Onlar beyində birbaşa burunla əlaqəli sinir hüceyrələrinin müəyyən qrupunu müəyyən edə biliblər.

Tədqiqatın müəllifləri eyni iştaha yatıran iyləmə prosesinin insanlarda işləyə biləcəyinin hələ məlum olmadığını bildiriblər. Bununla belə, onlar qeyd ediblər ki, beynimizdə tədqiqatda iştirak edən siçanlardakı kimi reaksiyaya cavabdeh olan eyni sinir hüceyrələri qrupu var və bu, işləyə biləcəyini ehtimal etməyə imkan verir. Lakin artıq çəkisi olanlara arıqlamağa kömək etməyəcək, çünki ekspertlər piylənmə müşahidə olunan siçanların qida qoxusuna beyin reaksiyasının fərqli olduğunu aşkar ediblər.

Bunun piylənmənin qoxu hissini pozması ilə əlaqədar olduğu hesab olunur, bu proses artıq insanlarda müşahidə olunub, - deyə müəlliflər izah edib. “

Alimlər bildiriblər ki, siçanların reaksiyasının əsasında, çox güman ki, onların sağ qalmaq instinktləri durur. Bundan əvvəlki tədqiqatlar göstərib ki, yeməkdən əvvəl müəyyən qoxuların alınması iştahı azalda bilər. ABŞ-da aparılan araşdırmaya görə, xüsusilə alma, nanə və armud qoxusu insanların gün ərzində yeməməsinə səbəb olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
153 150 187 189 140 175

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.