ice berg

ice berg İslam Dini 14-06-2025, 17:00

Kəlmeyi-şəhadətlə kəlmeyi-teyyibənin nə fərqi var?

Kəlmeyi-şəhadətlə kəlmeyi-teyyibənin nə fərqi var?

Bu iki anlayış bir-birinə çox yaxındır. Kəlmeyi-şəhadət, adından da göründüyü kimi, insanın öz əqidəsinə şahidlik etməsini bildirir. Kəlmeyi-şəhadət cümlələri “əşhədu ən (ənnə)” ifadəsi ilə başlayır, mənası “şahidlik (etiraf) edirəm ki” deməkdir. Bu cümlələrlə müsəlman öz düzgün əqidəsini bəyan etmiş və özünün müsəlman olduğunu bildirmiş olur. Bu cümlələri söyləmiş şəxs müsəlman sayılır, müsəlmanlara aid olan bütün hüquq və vəzifələr ona şamil olur. Kəlmeyi-şəhadət cümlələrinin əvvəlindəki “əşhədu ən (ənnə)” ifadəsi olmayan formasına isə çox zaman kəlmeyi-teyyibə, yəni pak sözlər deyirlər. Quranda da bu ifadə Fatir surəsinin 10-cu ayəsində işlədilib. Təfsir alimləri həmin ayədəki “əl-kəlimut-teyyib” (pak söz) ifadəsini sağlam inanc, İslam əqidəsi, tövhid, Allaha həmd-səna, Allahı zikr etmək kimi mənalandırırlar.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
271 258 252 267 318 282

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.