ice berg

ice berg İdman 16-06-2025, 19:00

"Arsenal" isveçli hücumçunun alınması prosesini dayandırdı

"Arsenal" isveçli hücumçunun alınması prosesini dayandırdı

İsveç millisinin hücumçusu Viktor Dekereşin "Sportinq”dən Londonun "Arsenal"ına keçidi baş tutmaya bilər.

 

Loading.aZın xarici mediaya istinadla məlumatına görə, "topçular" Portuqaliya klubunun tələblərinə görə 27 yaşlı futbolçunun alınması ilə bağlı danışıqları dondurub.

 

Mənbənin məlumatına görə, “Arsenal” Lissabon klubunun isveçli hücumçu üçün almaq istədiyi 80 milyon avronu çox yüksək hesab edir.


Qeyd olunur ki, Dekereş artıq "Leypsiq"dən Benyamin Şeşko və "Aston Villa"dan Olli Uotkinsin namizədliyinə diqqət yetirmək niyyətində olan ingilis klubu üçün prioritet variant deyil.

 

Ötən mövsüm isveçli hücumçu "Sportinq"in heyətində bütün turnirlərdə 52 oyun keçirib, 54 qol vurub və 13 məhsuldar ötürmə verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
186 210 233 184 207 124

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.