HASANLY

HASANLY İdman 17-06-2025, 11:29

"Benfika" - "Boka Xuniors" görüşündə qalib müəyyən olunmadı

"Benfika" - "Boka Xuniors" görüşündə qalib müəyyən olunmadı

Klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda Portuqaliyanın "Benfika" klubu Argentinanın "Boka Xuniors"u ilə 2:2 hesabı ilə bərabərə qalıb. Qarşılaşma ABŞ-nin Florida ştatındakı "Mayami Qardens"də baş tutub.

Loading.Az xəbər verir ki , Argentina təmsilçisinin qollarını Migel Merentiel (21-ci dəqiqə), Rodriqo Battaqlia (27), "Benfika"nın qollarını isə Anxel Di Maria (45+3, penalti), Nikolas Otamendi (84) vurub. 72-ci dəqiqədə "Benfika"nın italiyalı hücumçusu Andrea Belotti, 88-ci dəqiqədə isə "Boka Xuniors"un müdafiəçisi Nikolas Fiqal qırmızı vərəqə alaraq meydandan qovulub.

C qrupunda daha əvvəl Almaniyanın "Bavariya"sı Yeni Zelandiyanın "Ouklend Siti" klubunu 10:0 hesabı ilə məğlub edib. Növbəti matçda "Benfika" iyunun 20-də "Oklend Siti", iyunun 21-i gecə isə "Boka Xuniors" "Bavariya" ilə qarşılaşacaq.

Günün digər oyununda Braziliyanın "Flamenqo" klubu Tunisin "Esperans" klubuna 2:0 hesabı ilə qalib gəlib.

ABŞ-də keçirilən Klublararası dünya çempionatında ilk dəfədir ki, səkkiz qrupa bölünən 32 komanda iştirak edir. Hər kvartetdən iki ən yaxşı komanda 1/8 finala yüksələcək. Final qarşılaşması iyulun 13-də baş tutacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 193 193 132 173 155

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.