ice berg

ice berg İdman 19-06-2025, 14:00

Ramos Klublararası Dünya Çempionatının tarixinə düşdü

Ramos Klublararası Dünya Çempionatının tarixinə düşdü

Meksikalı “Monterrey”in mərkəz müdafiəçisi Serxio Ramos Klublararası Dünya Çempionatının ilk turunda Milanın “İnter” ilə qarşılaşmada (1:1) qol vurub. Qeyd olunur ki, 39 yaşlı ispaniyalı qarşılaşmada 25-ci dəqiqədə künc zərbəsindən sonra hesabı açıb.

 

Loading.aZın xarici mediaya istinadla xəbərinə görə, bu qol tarixi olub: Ramos turnir tarixinin ən yaşlı qolçusudur. Qol vuran zaman o, 39 yaş 2 ay 19 günlük olub.

 

Əvvəlki rekord 2010-cu il dekabrın 15-də keçirilən “Sonnam” – “İnter” oyununda (0:3) 37 yaş 4 ay 5 gündə qol vuran Xavyer Zanettiyə məxsus idi.


Bu, Serxio Ramosun Klublararası Dünya Çempionatında dördüncü qoludur. O, onlardan üçünü “Real”da oynayarkən vurub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
177 162 164 173 168 178

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.