Angel Girl

Angel Girl Sevgi 5-04-2016, 15:04

“Mən onsuz yaşamaq istəmirəm!”

“Mən onsuz yaşamaq istəmirəm!”
“Nə olub sənə?Heç özünə oxşamırsan,-dostlarım məndən soruşur,-elə bil səni dəyişiblər!Gəzməyə getmirsən,elə evdə oturursan.Həmişə kimi isə gözləyirsən.Niyə susursan?

Mən isə səssizcə pıçıldayıram:
“Mən sənsiz yaşamaq istəmirəm!”


“Nə olub sənə?Heç özünə oxşamırsan,-anam narahat olur,-səni elə bil dəyişiblər!Sən heç yemirsən,mən səninçün qorxuram!Gecələr də yatmırsan,eşidirsən məni,qızım?!”

Mən isə səssizcə pıçıldayıram:
“Mən sənsiz yaşamaq istəmirəm!”


“Nə olub sənə?Heç özünə oxşamırsan,-kolleqalarım təəccüblənir,- səni elə bil dəyişiblər!İndi də elə bil göylərdəsən,elə bil uçursan.En aşağı,bir az da belə davam etsə pis olacaq səninçün!”

Mən isə səssizcə pıçıldayıram:
“Mən sənsiz yaşamaq istəmirəm!”


“Nə olub sənə?Heç özünə oxşamırsan,-payızın səsi gəlir,- səni elə bil dəyişiblər!Sən gecə-gündüz kədərlisən,dərd çəkirsən!Məni dinlə,həyəcanlanma,qəmlənmə!Axı o səni sevir!”

Mən isə səssizcə pıçıldayıram:
“Mən sənsiz yaşamaq istəmirəm!”


“Nə olub sənə?Heç özünə oxşamırsan,-yağış dərdimə şərik çıxır,- səni elə bil dəyişiblər!Sən payız yağışlarına dönmüsən.sakitcə pəncərənin qarşısında ağlayırsan!Fikirləşmə ki,sən də mənim kimi təksən!”

Mən isə səssizcə pıçıldayıram:
“Mən sənsiz yaşamaq istəmirəm!”


“Sənə nə olub,əzizim?Heç özünə oxşamırsan,-o mənə yaxınlaşır,-səni elə bil dəyişiblər!”Gözlərimə baxır,sakitcə özünə sıxır.!Ağlama,kədərlənmə,axı mən səni sevirəm!”

Mən isə səssizcə pıçıldayıram:
“Mən sənsiz yaşamaq istəmirəm!”


Sevgini heç nə ilə nə ölçmək olmaz.Ona nə toxunmaq,nə ələ götürmək,nə də rəngini,iyini bilmək olmaz.

Onda hər şey var:həm çılğınlıq,həm sakitlik!O həm özündənrazı ola bilər,həm də səmimi,incə!Həm sabit ola bilər,həm də dəyişkən!Həm sadiq ola bilər,həm də xəyanətkar!!!

O həm kainat qədər qədim,əbədi ola bilər,həm də kiçik gölməçə kimi şəffaf,balaca!

O heç vaxt sakitlik tapmır.İnsanları anlaşılmaz hərəkətlərə vadar edir.

O qaydalara tabe olmur.

O həmişə ötkəm olur.Əvvəlcədən deyə bilməzsən nə olacaq.

O səni dünyanın bədbəxti də edə bilər,xoşbəxti də.

Təzad,ziddiyət-mahiyyəti!

Qayğı və inam-mühafizəsi!

Xəyanət və etibarsızlıq-düşmənləri!

İnsanları onun qədər qorxudan,eləcə də onun qədər cəzb edən heç nə yoxdur.

Onunla həm qanad açıb uçursan,ucalıqlara qalxırsan,həm də həmin ucalıqdan yerə dəyərək çilik-çilik olursan!


Bəlkə də nağıldır?((



“Mən onsuz yaşamaq istəmirəm!”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
813 893 823 820 927 811

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.