AzizA

AzizA Məşhurlar 26-06-2025, 12:30

Sevilən cütlük boşanır? - Qala gecəsinə gəlmədi...

Sevilən cütlük boşanır? - Qala gecəsinə gəlmədi...

Türkiyənin məşhur cütlüyü Gupse Özay və Barış Arduç haqqında ayrılıq iddiaları yenidən medianın gündəminə düşüb.

Sosial mediada yayılan məlumatlara görə, cütlüyün münasibətində son vaxtlar gərginlik yaşanır və bu da boşanma ehtimallarını artırıb.

İddialara əsasən, son günlərdə Atalar Günü münasibətilə nə Gupse Özay, nə də Barış Arduç qarşı tərəflə bağlı hər hansı paylaşım etməyib. Halbuki əvvəlki illərdə Gupse Özay həyat yoldaşı ilə bağlı səmimi paylaşımlar edərdi. Bu ilki səssizlik isə diqqətdən yayınmayıb.

Bununla yanaşı, serialın qala gecəsində cütlüyün bir-birindən uzaq davranması və Gupse Özayın tədbirə qatılmaması ayrılıq dedi-qodularını gücləndirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
198 223 221 218 244 229

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.