ice berg

ice berg İdman 28-06-2025, 10:00

“Əl-Hilal” Messi ilə müqavilə imzalamaq istəyir

“Əl-Hilal” Messi ilə müqavilə imzalamaq istəyir

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ilə müqavilə bağlamağı planlaşdırır.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, mənbənin məlumatına görə, klubun prezidenti Fəhd bin Nafel ABŞ-dadır və yaxın günlərdə futbolçunun atası Xorxe Messi ilə görüşməyi planlaşdırır. Funksioner hücumçunun bu yay “Əl-Hilal”a keçidi ehtimalını araşdırmaq istəyir.

Messinin Amerika klubu ilə müqaviləsi 2025-ci ilin dekabr ayına qədərdir. Daha əvvəl mətbuatda futbolçunun Argentinanın "Nyuells Old Boyz" klubuna keçəcəyi barədə məlumat yayılıb.

Hücumçu 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu mövsüm argentinalı müxtəlif turnirlərdə 23 oyunda 16 qol vurub.

38 yaşlı Messi səkkiz dəfə “Qızıl top”un qalibi və tarixin ən çox mükafat alan futbolçusudur. O, əvvəllər "Barselona" və "Paris Sen-Jermen"də çıxış edib. Beşqat "Qızıl top"un sahibi portuqaliyalı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
164 185 241 149 214 167

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.