ice berg

ice berg Gözəllik 2-07-2025, 11:00

Fransız qızlarının gözəllik SİRLƏRİ

Fransız qızlarının gözəllik SİRLƏRİ

Fransız gözəllərinin 50 yaşdan sonra da möhtəşəm görünməsinin sirrləri açıqlandı

 

Loading.aZ xarici mediaya istinadən xəbər verir ki, 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmış gözəllik vərdişləri dayanır.

 

Bu gözəllik vərdişlərinə aşağıdakılar daxildir:

Yüngül göz makiyajı

62 yaşlı aktrisa Filippina Leroa-Bolye bildirir ki, müəyyən yaşdan sonra gözlərə ağır makiyaj etmək əks effekt verə bilər. Onun makiyaj rutinasına iki növ konsilerin qarışdırılaraq göz altına tətbiqi, göz qapaqlarına az miqdarda rumyana, qaş üçün gel və bir az tuş daxildir.

 

Yaxşı kosmetoloq

Fransız qadınları çoxlu kosmetikadan istifadə etməsələr də, dəriyə qulluqda keyfiyyətə üstünlük verirlər. 61 yaşlı aktrisa Jülyet Binoş, üz masajı və formalaşdırıcı prosedurlar həyata keçirən kosmetoloq Su-Men Syu-ya mütəmadi olaraq müraciət edir.

 

Zərif təmizləyici vasitələr

 

Bəzi fransız qadınlar səhər üz yuma mərhələsini atlayır, digərləri isə micellar su və ya çox yumşaq təmizləyicilərdən istifadə edirlər. 81 yaşlı Ketrin Denev isə üzünü təmizləmək üçün süd əsaslı vasitəyə üstünlük verir.

 

Sevimli efir yağı

 

Fransız supermodeli və musiqiçi Karla Bruni kimi məşhurlar efir yağlarına üstünlük verir. Eyni zamanda Filippina Leroa-Bolye, Jülyet Binoş və Ketrin Denev də bu yağları gündəlik qulluq prosesinə daxil edirlər.

 

Aydın və cəsarətli pomada

 

Qırmızı və ifadəli pomadalar fransız qadınlarının vazkeçilməzidir. 72 yaşlı İzabel Yupper demək olar ki, heç vaxt parlaq pomadasız görünmür. Vizajistlərə görə, parlaq pomada qadını daha gənc göstərir. Ən yaxşı nəticə üçün dodaq kənarlarına barmaqla pudra tətbiq edilməli, sonra isə pomada çəkilməlidir. Bu üsul pomadanın dağılmasının və dərin qırışların qarşısını alır.

 

Bu vərdişlər göstərir ki, sadə, lakin davamlı qulluq və özünə inam yaşa baxmayaraq gözəlliyi qoruyub saxlamağın açarıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
199 192 229 250 260 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.