ice berg

ice berg Moda.Dəb 7-07-2025, 09:00

2025-ci ilin trendi olan 3 paltar modeli

2025-ci ilin trendi olan 3 paltar modeli

2025-ci ildə moda dünyasında diqqət çəkən paltar modelləri maraqla qarşılanır. 

Loading.aZ xarici KİV-ə istinadla xəbər verir ki, bu il həm zəriflik, həm də müasir zəriflik təqdim edən paltarlar ön plandadır.

Odur ki, bu il trend olacaq 3 paltar modelini təqdim edirik:

 

1. Assimetrik qollu midi paltar

Minimalist, lakin güclü siluet təqdim edən asimmetrik çiyin detalı 2025-ci ilin ən diqqət çəkən detallarından biri olub. Xüsusilə qara kimi sadə rənglərdə üstünlük verilən bu model həm gündüz dəvətləri, həm də şam yeməyi üçün zərif bir seçim təqdim edir. Bədəni saran kəsimi ilə həm feminen, həm də müasir görünüş təmin edir.

 

2. Vintage paltar 

Vintage təsirlər və romantik atmosfer bu il geri qayıdır. Bej fonda qara krujeva naxışları ilə bəzədilmiş bu tip paltarlar zərif atmosfer yaradır. Belə geyimlərə xüsusilə açıq hava toyları, yaz axşamları və xüsusi dəvətlər üçün üstünlük verilir. Krujevanın nostalji forması müasir naxışlarla birləşdirildikdə valehedici bir üslub yaranır.

 

3.Canlı rəngli straplez mini paltar

2025 modasında rənglər ön plandadır! Parlaq mavi kimi gözə çarpan tonlarda straplez kəsimli mini paltarlar enerjili və dinamik görünüş istəyənlərin sevimlisidir.

 

Adətən qat-qat modellərə gənc və cəsur stil sahibləri üstünlük verir. Bu paltarlar gecələr çölə çıxarkən və ya ziyafət geyimlərində ulduz parçadır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
205 222 203 203 214 182

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.