AzizA

AzizA Sevgi 5-07-2025, 18:30

MƏHƏBBƏT DƏ BİR FƏLSƏFƏDİR

MƏHƏBBƏT DƏ BİR FƏLSƏFƏDİR

Həyat – imkandır, məhəbbət qızılgülünün bitdiyi kökdür. Məhəbbət özlüyündə dəyərlidir. Onun məqsədi və əhəmiyyəti yoxdur, onun dəyəri böyükdür, qiymətlidir, o, böyük sevincdir, o, öz-özünə şadlıq, sevincdir – burada məna yoxdur. Məhəbbət – məqsədi, vəzifəsi, işi olan biznes deyildir. Məhəbbətdə həmişə müəyyən çılğınlıq var. Bu çılğınlıq sizin nə üçün sevdiyinizi izah edə bilməməyinizdən yaranır. Siz heç kəsə öz məhəbbətiniz haqqında ağıllı cavab verə bilmirsiniz. Siz deyə bilirsiniz ki, bizneslə məşğulsunuz, sizə pul lazımdır, sizə ona görə pul lazımdır ki, ev alasınız, siz evsiz yaşaya bilmədiyinizə görə sizə ev lazımdır. Bizim gündəlik həyatda hər şeyin müəyyən məqsədi olur, ancaq məhəbbətin heç bir səbəbini göstərmək mümkün deyildir. Siz sadəcə olaraq, deyə bilərsiniz: “Mən bilmirəm. Mənim bildiyim odur ki, məhəbbət insanda olan ən gözəl məkanı duymaq üçün mövcuddur.” Lakin bu məqsəd deyildir. Bu intellektual vəziyyət deyildir. Bu məkan əmtəəyə yönələ bilməz. Bu məkan mirvari kimi parıldayan qızılgül ləçəyini xatırladır. Səhər küləyində, günəşin şüaları altında gülün ləçəyi rəqs edir. Məhəbbət sizin həyatın rəqsidir. Ona görə də, məhəbbət nə olduğunu bilməyənlər həyat rəqsini əldən buraxmış olurlar: onlar qızılgül olmaq imkanını əldən verirlər. Bax buna görə də, dünyəvi əql, ehtiyatlı, öz xeyrini bilən əql, kompyüter əql, riyaziyyatçılar, iqtisadçılar, siyasətçilər üçün məhəbbət dəlilik kimi görünür. Ancaq məhəbbəti bilənlər üçün o, yeganə sağlam fikirdir. Məhəbbətsiz insan zəngin, sağlam, məşhur ola bilər, lakin o, normal ola bilməz, çünki o, daxili dəyərlər haqqında heç nə bilmir. Sağlam düşüncə - sizin ürəyinizdəki qızılgül çiçəyinin ətrindən başqa bir şey deyildir. Sevənlərin psixoloji müalicəyə ehtiyacı yoxdur. Əslində məhəbbət həyatdakı ən möhtəşəm şəfaverici gücdür. Bunu əldən buraxanlar boş qalır, dolmamış olurlar. Adi çılğınlığın mənası yoxdur, ancaq məhəbbət adlanan çılğınlığın müəyyən mənası olur. Siz adamları müşahidə etmisinizmi? Kimsə aşiq olanda bunu bəyan etməyə heç bir zərurət yoxdur. Siz görəcəksiniz ki, onun gözlərində yeni dərinlik yaranmışdır. Siz onun sifətində yeni cazibədarlıq, yeni gözəllik görəcəksiniz. Siz onun yerişində yüngül rəqs görəcəksiniz. O, həm həmin adamdır, həm də o deyildir. Məhəbbət onun həyatına daxil olmuşdur, onun varlığına bahar gəlmişdir, onun qəlbində güllər açmışdır. Məhəbbət təcili dəyişiklik yaradır. Sevməyən insan ağıllı, xeyirxah, gözəl ola bilməz, onun həyatı, sadəcə olaraq, faciə olacaqdır.

Müəllif: Yaşar Əhmədov

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
248 202 225 259 278 234

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.