ice berg

ice berg Sevgi 8-07-2025, 23:00

Mən səndən bir zərrə sevgi istədim…

Mən səndən bir zərrə sevgi istədim…

Mən səndən bir zərrə sevgi istədim…
Bir ömürlük gözləmə yox, bir anlıq baxış, bir azca diqqət,
Qəlbimi qoymadım önünə,
Sadəcə içimdə gizlədiyim o saf duyğunu hiss etməyini istədim.

Nə səni dəyişdirmək, nə də sənin dünyana hökm etmək istədim…
Sadəcə yanında var olmaq,
Sözsüz danışmaq,
Susqunluğunda sığınacaq tapmaq istədim.

Bir zərrə sevgi istədim, çünki bilirdim –
Əsl sevgi bir zərrədə də dəniz kimi böyüyər,
Bir baxışla illərin yorğunluğunu unudar insan.

Amma sən…
Sanki qəlbinin qapılarını təkcə möcüzələr üçün açırdın.
Unutdun ki, bəzən bir insan bir insana möcüzə olar…
Sənin üçün isə mən sadəcə bir səs, bir ad,
Qəlbində iz buraxa bilməyən bir nəfəs oldum.
🤍

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
289 316 273 278 286 241

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.