HASANLY

HASANLY İdman 7-07-2025, 13:12

Karlo Ançelottinin oğlu baş məşqçi olacaq

Karlo Ançelottinin oğlu baş məşqçi olacaq

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti baş məşqçi olacaq.

Loading.Az xəbər verir ki, bu barədə "Ge Globo" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Davide "Botafoqo"da (Braziliya) işləyəcək. O, klubun bütün şərtləri ilə razılaşıb.

Daha əvvəl bildirilmişdi ki, klub 35 yaşlı italiyalıya 2026-cı ilin dekabrına qədər müqavilə təklif edib.

Qeyd edək ki, bu, Davide Ançelotti üçün ilk müstəqil baş məşqçi işi olacaq. İndiyədək o, atasının rəhbərlik etdiyi Madrid "Real"ında, daha sonra isə Braziliya millisində məşqçilər heyətində çalışıb.

Xatırladaq ki, iyunun 30-da "Botafogo" portuqaliyalı mütəxəssis Renatu Payvanın baş məşqçi vəzifəsindən azad olunduğunu elan etmişdi. Bu qərar klubun 2025-ci il klublararası dünya çempionatının 1/8 final mərhələsində "Palmeyras"a 0:1 hesablı məğlubiyyətindən sonra verilmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
181 161 196 192 173 184

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.