Kukulka

Kukulka Xəbərlər 26-09-2017, 13:25

Ömürlük məhbuslara azadlıq şansı veriləcək

Ömürlük məhbuslara azadlıq şansı veriləcək


Azərbaycanda cəzasının 25 ilini çəkmiş ömürlük məhbusların cəzası 10 il müddətinə azadlıqdan məhrum etmə ilə əvəzlənə bilər.

LoadingG.AZ-ın apa-ya istinadən məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin (CM) 57-ci maddəsinin (Ömürlük azadlıqdan məhrum etmə) 4-cü bəndinə dəyişiklik təklif olunur.

Layihəyə əsasən, məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növü 10 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər.

Hazırda bu müddət 15 ildir.

Layihə yaxın günlərdə ictimai dinləmələrdən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
560 619 624 530 613 589

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.