Kukulka

Kukulka Xəbərlər 26-09-2017, 13:28

Qoca ata-anasını öldürən qatil danışdı

Qoca ata-anasını öldürən qatil danışdı


Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub.

LoadinG.AZ apa-ya istinadən xəbər verir ki, Rayon Polis Şöbəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Şöhrət Məsimovun rayonun Dəyirmandağ kəndi ərazisində, Qarabağlılar adlanan ərazidə köhnə tikilidə gizləndiyi məlum olub və o, həmin yerdə tutulub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib və hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
629 558 575 544 586 527

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.