Lusi

Lusi Hekayələr 26-09-2017, 19:53

Jasmin - BöLüm 13

Jasmin - BöLüm 13



Jasmin (əLvida) BöLüm 13


Jasmin-dən

Həyatımın ən gözəl gecəsi idi.Gecəni onun qolları arasında yatmaq səhər onun gülüşü ilə oyanmaq,Deyəsən bütün ömrüm boyu axtardığım şey bu idi.

Rüstəm-dən

Sonunda artıq mənim idi həyatımın qadını.Sevirəm onu...Bütün gecə yaramda ağrı olsa belə onun varlığı unutdurdu hər şeyi.Yaxınlaşıb alnından öpdüm və ayağa qalxıb üstümü geyinib mətbəxə keçdim.Öz əllərimlə ona səhər yeməyi hazırladım.Otağa girib yanında əyləşdim əllərimlə onu yedizdirməyə başladım.

Jasmin:Ey Rüstam mən uşaq deyiləm özüm yeyəcəm

Mən:Yaxşı necə isdəyirsən

Deyib yanından qalxıb hazırladıqlarımı kənara qoydum uzaqlaşırdım ki əlimdən tutdu.

Jasmin:Çatma həmin dəqiqə qaşlarını..."Yaşıl Gözlüm"Zarafat etdim.

Gülümsəyib yanında oturdum yanaqından öpüb davam elədim bir əlimdə onu yedizdirir digər əlimlə isə saçlarına sığal çəkirdim.Necə gözəl gülümsəyirdi

Jasmin:Ama hər gün isdəyərəm belə)Çox ərköyün etmə məni)

Mən:Təki sən isdə "Gözəl Gözlüm"Mən sənin üçün hər şey edərəm

Gəl bura deyib məni qucaqladı yanağımdan öpüb dedi

Jasmin:Eeee bu gün ki,Planımız nədir?

Mən:Sən nə isdəsən onu edərik canım

Jasmin:Meşəyə gedək evə.Cahit,Emin,Cavidan,Dəniz,Damla, və Nərmin də gəlsin.

Mən:İlk 4 nəfəri bildimdə digərləri kimdi?)

Jasmin:Dostlarımm kim olacaq

Mən:Ohoo xeyli dostun var imiş ki)

Jasmin:Bəs nə bilmişdin?Sənin dostların ola bilər mənim yox?

Mən:Niyə ki,Olsun sadəcə tanımırdım

Jasmin:Bundan Sonra tanıyacaqsan)(Gülümsəyir)

Mən:Tamam qalxda sən artıq, hələ yatırsan hazırlıqlarımızı görək

Jasmin yaxşı deyib qalxdı və biz siyahımızı tutduq nə lazım olacaqsa adlarını yazdıq sonra isə go-go marketə.

Marketin altını-üsdünə gətirdikdən sonra isdədiklərimizi aldıq.Aldıqlarımızı maşına yığana qədər xeyli tər tökdüm.

Mən:Biz dəqiq orda 5-6 nəfər olacıq?)))

Jasmin aldıqlarını yerləşdirə-yerləşdirə dedi

Jasmin:Hə nolub ki?Biraz pul xərclədin heyfin gəlir yekə baş?

Mən isə gülümsəyib heçnə demədim evə gəldik.Uşaqlara xəbər verdikdən sonra bir-başa meşədə ki, Evimizə yola düşdük.Bütün yol boyu Jasmin o qədər danışdı ki, soyuq havada başımı bayıra çıxarmaq məcburiyyətində qaldım)))).Bizim hekayəmizin sonu xoşbəxt bitəcək).Onu xoşbəxt etmək üçün hər şey edəcəm.Necə gözəl gülümsəyirdi.Nəhayət çatdıq Jasmin sağolsun bütün yolu məni darıxmağa qoymadı).Maşını həyətə salıb evi qapını açdım.

Mən:Sən içəri keç mən həyətə baxıb gələcəm...

Bir neçə addım atmışdım ki,Üzümdə bir dil hiss etdim və nəsə məni qucaqladı.

Ayyy Amur idi bu mənim sadiq dostum(Yəni itim).Əyilib onun tüklərini sığallamağa başladım.Xeyli idi onu görmürdüm).Xeyli böyümüşdü onunla birlikdə atımın yanına getdik.

Mən:Oooo Naber Samuray)))

Mənim gözəlim).Başını çiynimə qoydu onu sığallamağa başladım bir qədər sonra ordan çıxıb evə getdim amur yanımdan çəkilmirdi).

Aldıqlarımızı evə daşıdım Amurda kömək elədi 15 yaşımdan mənimlə idi artıq qocalırdı.

Jasmin:Bu kim Rüstam?

Mən:Hə bu mənim uşaqlıq dostum)))

Süfrənin qurulmasına və Yeməyin hazırlanmasında Jasminə kömək elədim.Sonunda möhtəşəm bir süfrə qurmuşduq.Və budur gəldilər qarşılayıb hamsıyla görüşdük).İçəri keçib süfrə arxasında əyləşdik.Günümüz çox şən keçirdi.Hamı deyir gülürdü.

Təsadüfən bıçağım yerə düşdü bu vaxt aynada bir insanın əksini gördüm.Diqqətlə baxdım evin böyük şüşəsi meşədə uzanan birinin əks etdirirdi.Əlində silah var idi.

Mən:Bizdən Kim var burda Cahit?

Cahit:Eltun var Rüstam nə olub ki?

Mən:Sakit olun heç kim yerindən tərpənməsin Jasmin səndə heçnə bildirmə snayper var meşədə Jasmini nişan alıb...

Jasmin:Nəə məni nişan alıb?(Qorxuyla)

Mən:Şşşş sakit ol sənə heçnə olmayacaq.Cahit Eltuna nə qədər güvənə bilərik?Bacarar bu işi?

Cahit:Bacarar mənə güvəndiyin qədər güvənə bilərsən yanımızda böyüyüb.

Mən:Telefonunu çıxar ona mesaj yaz içəri girməsin zirzəmi ilə meşənin arxasına keçsin ehtiyatla onun işini bitirsin.

Cahit dediyimi edərkən aynada hərəkət gördüm nişan alan şəxs atəş açmağa hazırlaşırdı.Cəld yerimdən qalxdıb Jasminin qabağına keçdim.

Jasmindən

Nə olduğunu anlamamış Rüstamin üstü qana bulandı.İkinci atəş açıldı.Rüstamin üzü sanki solurdu,Dodaqları əsir gözləri böyüyürdü.Yumruq sıxmışdı 1 dəqiqə sonra dizləri yerə gəldi.Bir neçə saniyə sonra isə yerə yıxıldı sanki hamı yerində donub qalmış heç kim hərəkət eləmirdi.Tez yanına qaçıb yerə uzandım.

Mən:Cahit təcili yardım çağır tez tez

Emin silahını çıxarıb meşəyə tərəf atəş açdı.Cavidan isə evdən bayıra çıxıb ətrafı yoxladı.

Rüstamin yanında diz çöküb əllərindən tutmuşdum.Get-gedə danışığı azalır nəfəsi kəsilirdi.

Mən:Döz Rüstam indi təcili yardım gələcək döz biraz canım

Cahit:Jasmin Onu yatmağa qoyma qoyma özündən getsin oyaq saxla mən gəlirəm indi

Mən:Oldu qoymaram Rüstam nolar döz az qalıb sən mənə söz veribsən qoyub getmə məni

Rüstam:Jasmin

Mən:Hə Rüstam?(Ağlayaraq)

Rüstam:Səni Sevirəm

Mən:Məndə Bitanəm məndə

Qollarımda can verirdi sevdiyim insan allahım nə olar onu mənə bağışla.

Rüstam:Jasmin qulaq as mənə nə qədər ki danışa bilirəm qoy sözümü deyim

Rüstam:Sən mənim həyatımın qadınısan mənim vaxtımdı gedirəm xoşbəxt olmağa çalış məni unut

Mən:Şşşşş sakit sus sevgilim biz ayrılmayacağıq.

Rüstam:Cahiti çağırın

Cahiti çağırdıq gəlib rüstamin yanında diz çökdü.

Cahit:Buyur qardaşım səni eşidirəm

Rüstam:Sənə əmanətdi

Cahitin gözlərindən damla-damla yaş axmağa başladı.

Cahit:Yox Rüstam əmanət filan etmə sənə heçnə olmayacaq

Gözləri Yumulurdu təcili yardımın səsi gəlirdi.

Ama artığ onun gözləri qapanmışdı.Sonumuz?



MüəLLif: Джиган(А л и)



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
792 877 700 633 721 628

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.