ice berg

ice berg Avto Dünya 24-07-2025, 20:00

Təcrübəsiz sürücülərə tövsiyə olunan avtomobillər

Təcrübəsiz sürücülərə tövsiyə olunan avtomobillər

İlk avtomobilinizi almaq asan məsələ deyil. Xüsusilə məhdud büdcəniz varsa və hələ təcrübəniz yoxdursa. Məhz buna görə də britaniyalı mütəxəssislər özündə etibarlılığı, qənaətcilliyi və sürmə asanlığını özündə birləşdirən kompakt subkompakt avtomobillərə diqqət yetirməyi məsləhət görürlər.

 

Loading.aZ xəbər verir ki, mütəxəssislər üç modeli nəzərdən keçirməyi məsləhət görürlər – “Seat Mii”, “Renault Twingo” və “Citroen C1”. Onların hər birinin yeni sürücülər üçün cəlbedici üstünlükləri var.

 

“Seat Mii” sadəcə münasib qiymətə avtomobil deyil, “Volkswagen Up”ın praktik versiyasıdır. Yaxşı mühəndislik sayəsində onu idarə etmək asandır, geniş salonu və 251 litr həcmli baqajı var. Hətta əsas SE trim səviyyəsi yüngül lehimli disklər, kondisioner, elektrik şüşələr və dəri sükan təklif edir.


Fransız “Renault Twingo” rahat dönmə dairəsi, möhkəm salon və geniş arxa oturacaqlara malikdir. Şəhərdə manevr etmək istəyənlər üçün əla seçim olacaq.

 

“Citroen C1” parlaq dizaynı və istifadə rahatlığı ilə diqqəti cəlb edir. Rəngli panelləri seçmək imkanı isə avtomobilinizi fərdiləşdirməyə imkan verir. Bununla belə, ekspertlərin fikrincə, materialların keyfiyyəti rəqiblərdən daha aşağıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
197 197 181 171 187 173

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.