Bəzən bir qadın susar, amma susqunluğu ilə min söz deyər. Gözləri gülər, amma içində qopan tufanı heç kim görməz. O, sevgisini ürəyində yaşadar, qəmini gizlədər, səssizcə ağlayar. Sən onun gözlərinə baxıb gülmə, çünki o baxışların içində sənin bilmədiyin acılar var. Mələk kimi görünər, amma içində parçalanmış bir ürək daşıyar. Qışın ortasında bahar axtaracaq qədər ümidsiz, amma bir o qədər də güclüdür o qadın.






