ice berg

ice berg Münasibətlər 7-08-2025, 11:00

Sosial şəbəkələrdəki saxta ailə modelləri

Sosial şəbəkələrdəki saxta ailə modelləri

İnsan həyatının ən müxtəlif sahələrinə ciddi təsir göstərən sosial şəbəkələr ailə münasibətlərindən də yan keçmir. 

 

Blogerlik fəaliyyəti ilə məşğul olan bir çox şəxs öz "ideal ailə münasibətlərinin" videogörüntülərini yaymaq diqqət çəkməyə çalışır. 

 

Psixoloq Aynur Əliyeva deyib ki, insanın sosial mühitdə təsdiqlənmək və qəbul edilmək ehtiyacı var, lakin bu ehtiyac real həyatdan uzaqlaşaraq yalnız virtual mühitdə təmin olunmağa başlayanda ciddi problemlər yarana bilir:

 

“Xoşbəxtlik vizual görüntülərdən və sosial şəbəkələrdə təsdiqlənməkdən deyil, səmimi münasibətlərdən, sağlam ünsiyyətdən və qarşılıqlı anlayışdan qaynaqlanır. Sosial şəbəkələrdə təqdim edilən obrazlar reallıqdan çox vaxt uzaq olur. Xoşbəxtlik yarışı sanki sosial şəbəkələrdə aparılan gizli bir müsabiqəyə çevrilir və insanlar öz həyatlarını reallıqdan kənar şəkildə təqdim etməyə başlayırlar. Sosial şəbəkələrdəki saxta ailə modelləri partnyorlar arasındakı problemlərin ortaya çıxmasında bəhanə rolunu oynayır”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
208 255 223 208 242 196

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.