HASANLY

HASANLY İdman 5-08-2025, 12:57

"Levski" "Sabah"la oyuna ciddi itki ilə çıxacaq

"Levski" "Sabah"la oyuna ciddi itki ilə çıxacaq

"Levski" Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah"la ilk oyununa ciddi itki ilə çıxacaq.

Loading.Az "Tema Sport" nəşrinə istinadən xəbər verir ki, "göylər"in yarımmüdafiəçi Georgi Kostadinov matçı buraxmalı olacaq.

Bu isə baş məşqçi Xulio Velaskes üçün ciddi itkidir. O, yalnız ən təcrübəli yarımmüdafiəçisini deyil, həm də komandanın liderini itirib.

34 yaşlı Kostadinov Avropa Liqasında "Braqa" ilə cavab oyununda zədə alıb və sonradan "Slaviya" ilə yerli liqadakı matçın (2:0) heyətinə də daxil edilməyib. "Levski"nin tibbi heyəti Kostadinovu "Sabah"la oyuna qədər sağaltmaq üçün əllərindən gələni edir. Lakin futbolçunun meydana çıxması demək olar ki, mümkün olmayacaq.

Kostadinovun yoxluğunda mərkəz xəttində Qasper Trdinə tərəfdaş olaraq kapitan Venderson Tsunami, Asen Mitkov və Karloss Ohene namizəddirlər. Son iki oyunçu "Slaviya" ilə bazar günü keçirilən görüşdə start heyətində meydana çıxmışdı, Tsunami isə müdafiədə oynamışdı.

Qeyd edək ki, "Levski" ilə "Sabah" arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-ü Bakıda keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
177 177 192 133 191 152

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.