ice berg

ice berg Qadın Dünyası 9-08-2025, 13:00

Qadınlar müasir görünmək üçün siqaret çəkir?

Qadınlar müasir görünmək üçün siqaret çəkir?

Kişilərlə yanaşı qadınlarda siqaret çəkir. Siqaret çəkən qadınların sayı ölkəmizdə az deyil.

 

Maraqlıdır, qadınlar niyə siqaret çəkir? Özlərini sübut etmək istəyirlər, yoxsa stresslə mübarizə apara bilməyib çıxış yolunu siqaretdə tapırlar?

 

Psixoloq Aynur Əliyeva deyib ki, siqaret çəkmək hər zaman olub. Əvvəl gizli çəkirdilərsə, indi aşkarda çəkirlər: 

 

“Hər hansı bir müəssisəyə gedirsən, görürsən ki, xanımlar oturub siqaret çəkirlər. Siqaret çəkməyə dəb və müasirlik kimi baxırlar. Yaşadığımız həyatda stress bizi öldürür. Qadınların orqanizmi, onların analıq funksiyası kimi məqamlar zərif cinsin nümayəndələri üçün siqareti xüsusilə zərərli edir. 

 

Umumiyyətlə, siqaret insan sağlamlığına, qadınların təravətinin solmasına səbəb olur. Cəmiyyətimizdə siqaret çəkən qadınlara hardasa bir əxlaqsız hərəkət edən şəxs kimi baxırlar. Elə qadınlar var ki, normal həyat tərzi keçirir, cəmiyyət üçün faydalı işlər görür, lakin siqaret çəkir. Ancaq kişilər də var ki, siqaret çəkmir, içki içmir, dələduzluq, ikiüzlülük, yaltaqlıq edir. İnsana qiymət verərkən onun siqaret çəkib-çəkmədiyi əsas götürülməməlidir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
273 253 277 233 268 258

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.