ice berg

ice berg Sevgi 8-08-2025, 23:00

Bax gözümə, sevgi dolub…

Bax gözümə, sevgi dolub…

Bax gözümə, sevgi dolub…

Arxası yoxdu bu yolun, çünki başladığı yer ürəyimdi, bitəcəyi yer sən. Mən dönə bilmərəm artıq, çünki sevgidə geriyə dönüş olmaz. Bir dəfə sevdimsə, sonadək səninləyəm – sən bilməsən də, hiss etməsən də.

Gözlərimdə yığılıb qalan baxışların var, susub içimdə qışqıran adın, gecələrə pıçıldadığım duaların var. Dönüb getməyə yol yoxdu, çünki qəlbimdə sənin üçün çəkilmiş sonsuz bir xətt var – sağında adın, solunda xatirələrin.

İnsan bir dəfə sevir əslində… sonra bütün sevgilər o ilkin sevginin kölgəsi olur. Mən isə kölgəyə yox, işığa bürünmüşəm – səninlə.

Bu yol dar da olsa, çətin də olsa, içimdəki sevgi yetər mənə. Sənin bilmədiyin qədər sevirəm, susduğum qədər danışmaq istəyirəm. Bax gözümə, sevgi dolub… sən yoxsan deyə, daha göz yaşına da dönür o sevgi. Amma yenə də, dönmürəm.

Çünki bu sevgi – yolun yoxluğunda belə yol göstərir mənə…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
288 329 293 306 310 300

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.