Lusi

Lusi Hekayələr 28-09-2017, 18:19

Jasmin - BöLüm 15

Jasmin - BöLüm 15



Jasmin (Çarəsiz) BöLüm 15


Rüstamdan

Səhər çətinliklə gözlərimi açdım.Çox bərk yatmışdım oyanmaqda çətinlik çəkirdim.

Mən:Sofiyaa,Sofiya Hardasan?

Səs gəlmədi məcburən gözlərimi açdım.Üsdüm örtülmüşdü dünən olanları xatırlamağa çalışdım.Sonuncu dəfə onun dizlərində yatdığım yadıma düşdü.Ətrafa göz gəzdirəndə stolun üsdündə bir kağız gördüm hmm bu nə idi.Kağız Sofiyadan idi belə yazırdı:Canım sənə şirin yuxular mən isə gedim səhər səni gözləyəcəm şirkətdə sürprizim var.......Sofiya

Ayağa qalxıb mətbəxə keçdim bir isdi çay indi məni özümə gətirər.Əl üzümü yuyandan sonra çayımı içib əynimi geyindim evdən çıxdım.Telefonu çıxarıb Sofiyaya zəng elədim

Mən:Sabahın xeyir gözəl qız necəsən?

Sofiya:Sabahın xeyir canım səsini eşitdim daha yaxşı oldum sən necəsən?

Mən:Hardasan?Görüşə bilərik?

Sofiya:Şirkətə gedəcəm indi evdən çıxıram orda görüşə bilərik

Mən:Səhər yeməyini yemisən?

Sofiya:Yox şirkətdə yeyəcəm

Mən:Evdən çıxma səni götürüm bir yerdə səhər yeməyi yeyək sonra şirkətə gedərik(Gülərək)

Sofiya:Tamam gözləyirəm səni)

Sürətimi artırdım bir neçə dəqiqə sonra orda idim.Sofiya maşına əyləşdi görüşdükdən sonra dedi

Sofiya:Eeee hara gedirik yaraşıqlı?

Axlımda çox gözəl bir yer var idi.

Mən:Gedəndə görərsən gözəl qız)

Telefonu çıxarıb Rüfətə zəng elədim

Mən:Alo qardaşım necəsən?

Rüfət:Yaxşıyam Rüstam sən necəsən?Nə əcəb bizləri yada salmısan?

Mən:Qonağın var Rüfət bir gözəl xanım dostumla gəlirəm səhər yeməyi yeyəcik.

Rüfət:Xoş gəlirsiz dərhal hazırladıram stolu

Telefonu qapayıb Sofiyanın üzünə baxdım.Gülümsəyirdi onu sevindirmək mənə yaşama ümidi verirdi.

Sofiya:Sənin bacarmadığın bir iş var?)))

Mən:Var Sofiya sevdiklərimi qoruya bilmirəm((

Sofiya əlini çiynimə qoyub dedi

Sofiya:Rüstam bundan sonra sən üzülməyəcəksən biz üzülməyəcik.Uğurlarını görürəm sən ideal bir insansan

Mən isə gülümsəyib başımla təşəkkür etməklə kifayətləndim.Nəhayət ora çatdıq maşından enib içəri girdik.Rüfət bizi qapıda qarşıladı.

Sofiya:Vauuu Rüstam bura çox gözəldi

Rüfət:Xoş gəlibsiz buyurun masanız bu tərəfdədir.

Pıçıltı ilə bu yaxşılığını unutmayacam dedim.Masada əyləşdik bir sözlə hər şey mükəmməl idi.

Sofiya:Çox sağol Rüstam inan çox sevindim

Mən:Sənin elədiklərinin yanında bu heçnədir.Sən mənim ən çətin anlarımda yanımda oldun.Ağladığım hər gecə göz yaşlarımı sildin.Hər yıxılanda məni qaldırdın.....

Sofiya:Əslində Jasmin çox şanslı bir qızdı

Mən:Niyə?

Sofiya:Mən hələ sənin kimi sevən birini görməmişdim.Səf anlama onu qısqanmıram ama hər kəs isdər ki,Onu bu qədər sevən biri olsun.

Gözlərimi ondan qaçırırdım.Məni həmişə gözlərim ələ verirdi.

Sofiya:Onun üçün ağlayanda sənin necə əzab çəkdiyini görürdüm.

Mən:Yalvarıram Sus Sofiya ürəyim artıq tab gətirmir

Yeməyimizi yeyib ordan qalxdıq maşına minib şirkətə gəldik.İşlərimi bitirib keçmiş evimə getdim.Yəni "Ata ocağına" Atam həmişə ki,Yerində eyvanda stulunda əyləşib çayından içirdi.İçəri girib evə tərəf getdim eyvana çıxdım.Bütün uşaqlığım gözümün önündən keçirdi.

Atam:Rüstam sənsən?

Mən:Bu səfər mən olduğumu necə bildin?

Atam:Yenə ayaqqabılarını çıxarmağı unutmusan...

İrəli gedib atamın önündə diz çökdüm

Mən:Ata mənə kömək et çıxılmaz vəziyyətdəyəm Onu tapa bilmirəm gücüm gündən-günə tükənir.

Atam:Sən uşaqlıqdan problemlərlə böyümüsən bunlar mənim günahımdı.Səni bu ortamdan uzaqda saxlaya bilmədim.Ananı qoruya bilmədim indi isə sən gözümün önündə əzabdan qıvrılırsan

Mən:Ata burdan gedəcəm bir neçə günlük artıq dözə bilmirəm bəlkə özümə gələrəm.

Atam:Get Rüstam mən bütün işlərə nəzarət edərəm

Atamın əllərindən öpüb ayağa qalxdım otağıma keçib Cahitə zəng elədim

Mən:Neynirsən cahit?

Cahit:Şirkətdəyəm Rüstam nə olub?

Mən:Zəng et sabah səhərə ............... 10 bilet al

Cahit:Kim üçün Rüstam?

Mən:Bizim üçündü bir neçə gün isdirahətə gedəcik

Deyib telefonu qapadım.Sofiyaya mesaj yazdım:Sabah Səhər 9 da təyyarəmiz qalxır hazırlaş gedirik isdirahətə

Səhər açıldı və mən əşyalarımı götürüb evdən çıxdım.Hava limanına çatdım maşından enib uşaqların yanına getdim.Eeee millət kimi gözdəyirik?Cahit və Dənizi

Mən:Ooooo Bizim cütlüyümüz yaman tənbəldi.

( Ümumi)

Hə əzizlərim sizə səyahətə gedənlər haqqında məlumat verim.

Rüstam,Sofiya,Cahit,Dəniz,Emin,Damla,Cavidan,Nərmin,Eltun,Humray...

Damla,Dəniz və Nərmini tanıyırsız Jasminin rəfiqələri.Humray isə yeni bir obrazdı əzizlərim.Kim olduğu barədə gələn bölümlərdə məlumat verəcəm

6 Saat sonra(Təyarrə enib evlərə yerləşilib)

Rüstamdan

Ohhh nəhayət çatdıq gecəni rahat yatdıq.Səhər həyətə enib yüksək səslə qışqırdım))))

Mən:Qalxın millət dənizə gedirik hazırlaşın səhər idmanı vaxtıdı

Bir neçə saniyə sonra hər kəs pəncərədə idi.

Mən:Nəyə baxırsız tez düşün aşağı yeməyi orda yeyərik Mən hər şey götürmüşəm

Sofiya:Sən dəhşət bir şeysən Rüstam).Hansı ara etdin bunları?

Mən:Qaçanda danışarıq canım haydı-haydı hamı enir aşağı

5 dəqiqə sonra hamı krasofka və Şortda idi.Sumkaları maşına qoyun onları aparacaqlar.

Mən:Haydı haydı idmana getdik

Dəniz bizdən 2-3 km aralı idi.Qızları biraz qaçırmaq isdəyirdim).Bütün oğlanlar maykasız qaçırdı.Bədən ölçülərimiz bütün qızların diqqətini cəlb edirdi ama Qızlarımızın(Başını aşağı sal yoxsa yaxşı olmaz)Baxışlarıyla yollarına davam edirdilər)).Nəhayət çatdıq sahilə çatan kimi qızlar yerə yıxıldı).Bu olmadı ki belə getsə hər səhər qaçacıq biz)

Qızların hamısı bir ağızdan yoxx dedi)

Mən:Biraz dincəlin yeməyinizi yeyin

Bu an bir ofisiant mənə yaxınlaşıb dedi

Ofisiant:Rüstam Bəy bu sizə gəlib

Mən:Nədir bu?

Ofisiant:Bilmirəm sizə çatacağı bildirildi.

Mən:Oldu çox sağol zətmət olmasa noutbuku verə bilərsən?

Deyib çantaya işarə elədim.Noutbuku mənə tərəf uzatdı təşəkkür edib uşaqlardan uzaqlaşdım cahit və cavidan gözlərini məndən çəkmirdilər nəsə bilirdilər?

Flaşi noutbuka taxıb açdım.Bir video var idi bu videonu açdım 1 dəqiqə idi.İzləyəndən sonra gözlərimdən bir neçə damcı yaş yerə düşdü.Yumruğumu sıxıb stola vurdum bu ola bilməzdi ola bilməzdii.Təpiklə qarşımda ki stolu çevirdim dəli kimi hər tərəfə hücum edirdim.Bu ola bilməzdi..İnana bilmərəm buna



MüəLLif: Джиган(А л и)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
889 980 811 919 875 830

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.