ice berg

ice berg İdman 16-08-2025, 20:00

Azərbaycanda yeni futbol klubu yaradıldı

Azərbaycanda yeni futbol klubu yaradıldı

Azərbaycanda daha bir futbol klubu fəaliyyətə başlayıb.

 

Loading.aZ Sport1.az-a istinadən xəbər verir ki, "Zəngəzur" adlı komanda yeni mövsümdən Region Liqasında çıxış edəcək.

 

Klubun təsisçisi və prezidenti Şahin Məmmədovdur. Komanda Qərbi Azərbaycanı təmsil edəcək. "Zəngəzur" Region Liqasında paytaxt və Şimal zonasında mübarizə aparacaq. Klub ev oyunlarını Bakıda keçirəcək. Komandanın başlıca məqsədi çempion olaraq II Liqaya yüksəlməkdir.

 

Yeni yaranan komandanın büdcəsi 100 min manatdan çoxdur. Kollektivə Qərbi Azərbaycan İcmasının da dəstək olacağı vurğulanır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
187 218 239 235 203 241

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.