ice berg

ice berg İdman 29-08-2025, 09:30

"Beşiktaş"ın yeni baş məşqçisi bəlli oldu

"Beşiktaş"ın yeni baş məşqçisi bəlli oldu

Türkiyənin məşhur klubu “Beşiktaş” yeni baş məşqçisini müəyyənləşdirib.

 

Loading.aZ Türkiyə mediasına istinadən məlumat verir ki, “qara qartallar”ın sükanı arxasına yenidən Sergen Yalçın keçib. O, artıq bu gündən etibarən komandanın məşqlərində iştirak etməyə başlayacaq.

 

Xatırladaq ki, Yalçın bundan əvvəl də “Beşiktaş”a rəhbərlik edib. 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək baş məşqçi postunda çalışan mütəxəssis həmin müddətdə klubla həm Türkiyə Superliqasının, həm də kubokun qalibi olub.


Qeyd edək ki, “Beşiktaş” dünən UEFA Konfrans Liqasındakı uğursuz nəticələrdən sonra norveçli çalışdırıcı Ole Qunnar Sulşerlə yollarını

 ayırdı.

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
162 219 156 190 190 176

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.