ice berg

ice berg Qadın Dünyası 6-09-2025, 18:00

Əslində qadınlar kişilərdən bunları istəyirlər

Əslində qadınlar kişilərdən bunları istəyirlər

Əslində qadınlar kişilərdən bunları istəyirlər

Qadınlar üçün “səni sevirəm” kimi romantik ifadələrdən daha çox gündəlik kiçik qayğıkeş hərəkətlər önəmlidir. Məsələn, ev işlərində kömək etmək, yemək hazırlamaq və ya çətin anlarda dəstək olmaq qadınların tərəfdaşına inamını və sevgisini artırır.

 

Loading.aZ xarici mediaya istinadən xəbər verir ki, tədqiqatda Çindən 500-dən çox heteroseksual yetkin iştirak edib.

 

 Nəticələr göstərib ki, qadınlar qayğıkeş davranışları “isti, etibarlı və uzunmüddətli münasibətlərə uyğun” hesab edirlər. Kişilər isə qadınlardan fərqli olaraq daha az fərq göstərib, hətta bəziləri sözlərə üstünlük veriblər.


Mütəxəssislərin fikrincə, qadınların bu seçimi uzunmüddətli münasibət potensialına yönəlmiş yanaşma ilə bağlıdır, kişilərdə isə daha çox ani emosional və seksual siqnallar ön planda olur.

 

Psixoloqlar bildirirlər ki, gündəlik sadə hərəkətlər kişinin münasibətə ciddi yanaşdığını göstərir. Bununla yanaşı, qadınlara partnyor seçərkən təkcə sözlərə və hərəkətlərə deyil, həm də riskli davranış siqnallarına, oyunlara həddindən artıq maraq, tez-tez romanlara meyl və münasibətlərə “oyun” kimi yanaşmağa diqqət yetirmələri tövsiyə olunur

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
201 219 227 227 240 229

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.