AzizA

AzizA Məşhurlar 7-09-2025, 12:30

Messi milli komanda üslubunda: 65 min dollarlıq palto və dəbli çantada

Messi milli komanda üslubunda: 65 min dollarlıq palto və dəbli çantada

Argentina millisinin heyətində Lionel Messi 4 oyunluq qolsuzluq seriyasına son qoyub.

Argentinalı hücumçu 2026-cı il dünya çempionatının seçmə mərhələsində Venesuelaya 3:0 hesabı ilə qalib gəldikləri oyunda iki qol vurub.

Bununla da Messi milli komandanın 4 oyunluq qolsuzluq seriyasına son qoyub və 2024-cü ilin oktyabrından bəri ilk dəfə millinin heyətində qol vurub.

Oyun ərəfəsində o, dəbdəbəli şəkildə ictimaiyyət qarşısına çıxıb. Paltoda və 65.000 dollar dəyərində Hermès Cargo HAC Birkin 40 çantası ilə.

Messi hələ 2026-cı il dünya çempionatında oynayıb-oynamayacağına qərar verməyib.

"Oynamaq üçün həyəcanlı və motivasiyalıyam. Həmişə dediyim kimi, hissləri rəhbər tutaraq günü-gündən hədəfə doğru gedirəm.

Özümü yaxşı hiss etməyə və hər şeydən əvvəl özümə qarşı dürüst olmağa çalışıram. Özümü yaxşı hiss edəndə bundan həzz alıram. Olmayanda bundan həzz almıram, ona görə də özümü yaxşı hiss etməsəm milli komandaya gəlməməyi üstün tuturam.

Görəcəyik. Hələ dünya çempionatı ilə bağlı qərar verməmişəm. Bu mövsümü başa vuracağam, hazırlığım var. Nə hiss etdiyimi görəcəyik.

Ümid edirəm ki, MLS-də bu mövsümü yaxşı başa vuracağam, sonra yaxşı bir hazırlıq keçirəcəm və sonra qərar verəcəm”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
197 242 244 195 224 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.