Çünki sevgi – sadəcə hiss deyil, bir bütöv olmaqdır
Sevgini hər adam duya bilmir – çünki sevgi gözlə görünən, dillə izah olunan bir hiss deyil… O, ruhun titrəyişidir, baxışların səssiz danışığı, qəlbin gizli pıçıltısıdır. Hər kəs “sevirəm” deyə bilər, amma hər kəs sevginin dərinliyini duya bilməz. Sevgi – səssizcə gözləməkdir, bir insanın üzündəki kədəri danışmadan anlamaqdır. Gecənin bir yarısı onun adını düşünərkən içində yaranan istilikdir.
Sevgini hər adam yaşaya bilmir, çünki sevgi əzm istəyir, sədaqət, fədakarlıq və qorxusuzca ürəyini ortaya qoymaq istəyir. Kimisi sevginin yalnız sevincini yaşamaq istəyir, amma əsl sevgi həm göz yaşında, həm təbəssümdə var olur. Əgər birini düşünəndə nəfəsin daralırsa, səsini eşidəndə içində bir dünya susursa, demək sən sevginin nə olduğunu duymusan…
Amma unutma, hər ürək sevə bilsə də, hər ruh sevginin əslini duya bilməz. Çünki sevgi – sadəcə hiss deyil, bir bütöv olmaqdır. İki bədəndə yaşayan bir ruh olmaqdır. Bunu isə ancaq könüldən sevənlər anlayar🩶







