“Benfika”nın baş məşqçisi "Qarabağ"a görə QOVULDU
“Benfika”nın baş məşqçisi istefaya göndərilib.
Loading.aZ xəbər verir ki, bu barədə klub prezidenti Rui Koşta açıqlamasında bildirib.
Onun sözlərinə görə, komandanın baş məşqçisi Bruno Laqe UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda “Qarabağ”la oyundan sonra istefaya göndərilib.
Qeyd edək ki, “Benfika” – “Qarabağ” oyunu dünən, sentyabrın 16-da keçirilib. Lissabonda, “Da Luş” stadionunda baş tutan görüşdə qonaqlar 3:2 hesabı ilə qələbə qazanıblar.







