AzizA

AzizA İdman 21-09-2025, 09:30

"Formula 1" daha 5 il Azərbaycanda keçiriləcək

"Formula 1" daha 5 il Azərbaycanda keçiriləcək

"Formula 1" üzrə Azərbaycan Qran-prisi daha 5 il ərzində keçiriləcək.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bakı Şəhər Halqası 2016-cı ildə Avropa Qran-prisi adı ilə "Formula 1" təqvimində debüt edib, 2017-ci ildən isə Azərbaycan Qran-prisi adı ilə təqvimin daimi mərhələsi olub. Ötən il keçirilən yarış 70-dən çox ölkədən azarkeşi qarşılayıb və 66 milyondan çox qlobal televiziya tamaşaçısını cəlb edib.

İndiyədək təşkil olunan səkkiz yarışda yeddi fərqli qalibi olan Azərbaycan Qran-prisi "Formula 1" təqviminin ən mübarizəli yarışlarından birinə çevrilib. Meksikalı Serxio Peres Bakıda iki dəfə qalib gələn yeganə pilotdur. Hazırkı pilotlardan üçü – Lüis Hemilton, Maks Ferstappen və Oskar Piastri Bakıda qələbə qazana biliblər.

Rəsmi imzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, "Formula 1"in prezidenti Stefano Domenikalı və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev iştirak ediblər.

Qeyd edək ki, cari Azərbaycan Qran-prisinə sentyabrın 21-də yekun vurulacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
186 182 172 172 178 194

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.