ice berg

ice berg Programlar 21-09-2025, 10:00

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

"Meta" məşhur ani mesajlaşma platforması "WhatsApp"ın iOS versiyasına yeni funksiya əlavə edib.

 

Loading.aZ xəbər verir ki, artıq istifadəçilər vacib mesajların unudulmaması üçün proqram daxilində birbaşa xatırlatma təyin edə biləcəklər. Məlumata görə, yenilik WhatsApp 25.25.74 versiyasında təqdim edilib. İstifadəçilər mesaj hissəsini basıb saxladıqda açılan menyuda "Mənə xatırlat" seçimini görə bilirlər. Buradan 2 saat, 8 saat, 24 saat kimi hazır vaxt aralıqlarını seçmək, həmçinin fərdi tarix və vaxt təyin etmək mümkündür.

Bu funksiya xüsusilə işgüzar yazışmalarda və gündəlik tapşırıqların icrasında mesajların unudulmasının qarşısını almaq üçün nəzərdə tutulub.

 

WhatsApp-da mesaj xatırlatma funksiyasından istifadə qaydası:

 

Xatırlatmaq istədiyiniz mesajı uzun basın;

 

Açılan menyudan "Daha çox..." bölməsinə daxil olun;

 

"Mənə xatırlat" seçimini işarələyin;

 

Vaxt intervalını müəyyən edin.

 

Yeni funksiya yaxın günlərdə bütün iOS istifadəçilərinə təqdim olunacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
207 193 208 200 213 193

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.