AzizA

AzizA Hekayələr 24-09-2025, 09:30

McDonalds necə yaranıb və kim yaradıb?

McDonalds necə yaranıb və kim yaradıb?

McDonalds (Makdonalds) haqqındaki filmin qısa hekayəsi:

1️⃣ McDonald qardaşları ideal bir restoran yaratmışdılar. Analoqu yox idi.
2️⃣ Bunu görən Rey Krok, 52 yaşında uğur qazanmağı çalışan və təslim olmayan, heyran oldu və onlara təklif etdi ki, franşiza açsınlar. Qardaşlar istəmirdi, amma Rey razılığa gətirdi. Franşıza – bir şirkətin şəbəkə kimi ölkəyə və dünyaya yayılmasıdır, lakin hər mağaza – öz sahibkarlarının olur, sadəcə hər ay gəlirdən franşiza sahibinə müəyyən faizi ödəyirlər.
3️⃣ Bunun üçün Rey çox çalışdı. Özü yatırım etdi, investor tapdı, öz evini banka qoyub kredit götürdü. Şəbəkə artırdı.
4️⃣ Sonra Rey gördü ki, buna pul qalmır. Xərci çoxdur. McDonald qardaşlarına zəng vurub təklif etdi ki, qazancdan onun payını 1,5℅-dan qaldırsınlar 3,5℅-a. Onlar razı olmadılar, çünki onun qazancı onsuzda onlarınkından üçqat çox idi. Və məncə bu an da çox vacib idi. Çünki Rey, o qədər franşiza üçün can yandırırdı və ona pul qalmırdı. Qardaşlardan inciyib, başladı çıxış axtarmağa.
5️⃣ Çıxış: McDonaldsın hər restoranı hansısa torpağı icarə götürmüşdü. Deməli, hər ay icarə pulu ödəyirdilər. Əgər o torpağ Reydə olsaydı, o hər ay sabit bir gəlir əldə edərdi və bu qazanc hətta franşızadan da çox qazancı verərdi. Möhtəşəm fikirdi. Təsəvvür edin, 100 restoran, hər birinə 3000 ₼-a icarəyə verirsən torpağı, və hər ay 100*3000=300K ₼ cibinizdədir. Rey ayrı şirkət açdı, daşınmaz əmlak agentliyi və yatırım yığdı. Sonra başladı ən maraqlı yerlərdə torpağ alıb, onu yeni McDonalds franşizası alanlara icarəyə verməyə.
6️⃣ Qardaşlar razı deyildi, amma Rey öz işini gördü.
7️⃣ Sonra bir neçə problemləri yaranırdı, və Rey öz bildiyini edirdi. Müqaviləni pozurdu.
8️⃣ Nəticədə, məhkəməlik oldular, amma Rey ilə müqavilə bağladılar. Rey McDonalds adını aldı, bütün franşızanı, qardaşlara da $2,7 mln pul verdi əvəzinə. Və söz vermişdi ki, hər ay McDonalds-ın gəlirindən 1℅ ödəyəcək qardaşlara, amma aldatdı – imzalı müqavilə yox idi deyə, pul da verən olmadı.

Bani (The Founder) filmindən çıxartdığımız nəticələr:

1️⃣ Partnyorluqda çalışın iki tərəf udsun. Bir çox insan çalışır digərindən daha çox qazansın, qarşı tərəf də uduzmuş olur. Bu yaxşı nəticəyə gətirib çıxartmır.

2️⃣ Öz haqqınız üçün mübarizə aparın. McDonalds qardaşları öz innovasiyalarını “havayı” satdılar.

3️⃣ Filmdən sitat:
“Əzmkarlıq. Əzmkarlığın əvəzi yoxdur. İstedad? Yox, dünyada nə qədər istedadlı insanlar var ki, heç nəyə nail olmayıblar. Dahi? Həmçinin yox. Qiymətləndirilməmiş dahi – yorğun bir stereotipdir. Təhsil? Yox, dünya diplomlu axmaqlarla doludur. Yalnız əzm və qətiyyət dağları yerindən tərpətməyə kömək edəcək. Özünüzə deyin ki, şəraitin təzyiqi altında təslim olmayacağam. Sakitəm, dəmir sağlamlığım var, enerjim aşıb-daşır. Hər gün hədəfinizə çatmaq üçün səy göstərsəniz, nəticə özünü çox gözlətməyəcək. Şarlatanın sehri kimi görünə bilər, amma gələcəyiniz yalnız sizdən asılıdır. Ən böyük kəşfi müasirlərim etdilər. Onlar sübut etdilər ki, insan öz həyatını dəyişməyə, ona münasibətini dəyişməyə qadirdir. Yaxud Ralf Qoldmanın dediyi kimi, insan – gecə-gündüz nə düşündüyündən ibarətdir”.

4️⃣ Yumşaq insanlar üçün biznesdə çətindir. Rey Krokun sözləri:
“Sənin üçün məhlədə ən yaxşı kafe olmaq kifayət idi. Amma mən gələcəyi görürəm, qalib gəlmək istəyirəm. Uğur yaxşı oğlanlara gəlmir. Belə insanların biznesdə yeri yoxdur. Biznes müharibədir. İnsan insan üçün canavardır.”
Biznesdə rəqabət çox güclüdür, yalnız onurğalı və dişli insanlar rəqabət apara bilir. Ona görə, bərk və qalib gəlməyə iradəli olmaq lazımdır, əgər biznes qurmaq istəyirsinizsə.

5️⃣ McDonald qardaşları, və Rey Krok özü də təslim olmurdular. O qədər çətinlikləri olub ki, onlar əllərini aşağı salmayıb həll tapıblar. Və bu da uğurda ən vacibdir. Əzmkarlıq, yenə də əzmkarlıq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
291 280 295 273 310 232

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.